...

Fransada “Britaniya ştammı”na ilk yoluxma halı aşıakrlanıb

Gündəm Materials 26 Dekabr 2020 05:42 (UTC +04:00)
Fransada “Britaniya ştammı”na ilk yoluxma halı aşıakrlanıb

Fransız Sanitariya Agentliyi ölkədə ilk yeni növ koronavirus ştammına yoluxma hadisəsinin aşkarlandığını elan etdi.

Trend-in məlumatına görə hadisə Tur şəhərində olub.

Bildirilir ki, evdə özünü təcrid rejimində qalan kişidə aşkar edilib. Mütəxəssislər əvvəllər İngiltərədə yaşayan bu vətəndaşda koronavirus əlamətlərinin olmadığını xəbər verib.

Cari ilin dekabr ayının 14-də İngiltərə Səhiyyə Nazirliyinin başçısı Met Henkok İngilis alimlərin bilinən ştammlardan daha sürətli yayılan yeni, mutasiyaya uğramış koronavirus növü aşkar etdiklərini bildirib. İngiltərə Baş naziri Boris Conson yeni koronavirus mutasiyasının digər virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti