...

"Britaniya ştammı" Tailandda aşkar edildi

Gündəm Materials 3 Yanvar 2021 19:16 (UTC +04:00)
"Britaniya ştammı" Tailandda aşkar edildi

Bakı. Trend:

Tailandda koronavirusun yeni növünə yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, mutasiyaya uğrayan virus ölkəyə yeni gələn britaniyalılar ailəsində aşkarlanıb. Hazırda aralarında iki uşaq olmaqla ailənin bütün dörd üzvü xəstəxanaya yerləşdiriliblər.

Dekabr ayının 14-də Böyük Britaniya səhiyyə naziri Met Henkok ingilis alimlərinin bilinən ştammlardan daha sürətli yayılan yeni, mutasiyaya uğramış koronavirus növü aşkar etdiklərini deyib. Baş nazir Boris Conson yeni koronavirus mutasiyasının digər virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti