...

Gizli işləyən çayxana sahibi və müştəriləri cərimələnib (FOTO)

Gündəm Materials 4 Yanvar 2021 11:03 (UTC +04:00)
Gizli işləyən çayxana sahibi və müştəriləri cərimələnib (FOTO)

Bakı. Trend:

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti