...

Ağdamın işğaldan azad olunan 2 kəndi minalardan tam təmizlənib

Gündəm Materials 6 Yanvar 2021 12:28 (UTC +04:00)
Ağdamın işğaldan azad olunan 2 kəndi minalardan tam təmizlənib

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunun işğaldan azad olunan iki kəndi minalardan təmizlənib.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Ağdamkənd və Sarıcalı kəndlərinin ərazisi demək olar ki tam olaraq minalardan təmizlənib, digər kəndlərdə isə təmizlənmə işləri aparılır.

Hazırda rayonun Qiyaslı və Şahbulaq kəndləri istiqamətində təmizləmə işləri aparılır.

Xatırladaq ki, Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də erməni işğalından azad edilib. Hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə yanaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da Ağdam rayonunun minalardan təmizlənməsi prosesində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti