...

Ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə bizə yardım etməyə imkan vermirdilər - Şahbaz Quliyev

Gündəm Materials 7 Yanvar 2021 14:13 (UTC +04:00)
Ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə bizə yardım etməyə imkan vermirdilər - Şahbaz Quliyev

Bakı. Samir Əli - Trend:

Erməni girovluğundan azad edildiyimə görə, ailəm adından Prezident İlham Əliyevə minnətdaram.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğundan qaytarılan Şahbaz Quliyev deyib.

Ş.Quliyev bildirib ki, o, Dilqəm Əsgərovdan əvvəl girov götürülüb: "Mənim başımın sümüyünü, qolumu qırdılar, qarnıma vurmaqdan pis gündə idim. Hər gecə dubinka ilə məni döyürdülər, eybəcər yüksək templi səs verirdilər, qulağım batırdı. Biz yaxınlarımızı ziyarətə getmişdik. Amma onlar bizi diversant kimi qələmə verirdilər.

Qolumu qırmışdılar, Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimini mən olan otaqdan qovdular. Ermənilər onlara imkan vermirdilər, bizə yardım etsinlər. Bir il məni döydülər ki, guya Dilqəm Əsgərovun diversant olduğunu deyim. Amma mən demədim. Beynəlxalq Qırmızı Xaç Komitəsi uzun danışıqlardan sonra həkimi mənim yanıma göndərdi. Həkim əlimi düzəltmədən qoluma gips qoydu. Amma sınığı düzəltmədilər".

Ş.Quliyev deyib ki, bütün işgəncələrə rəğmən Azərbaycana qayıdacağına inamını itirməyib: "Həmişə deyirdik ki, Azərbaycan əsgərləri erməniləri məhv edəcək. Onlar isə əsəbiləşirdilər. Azərbaycanın Ali Baş Komandanının dəmir yumruğu nəticəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, erməni ordusunu darmadağın etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti