Bakı. Samir Əli - Trend:
Bu günə qədər "YAŞAT" Fondu tərəfindən şəhid ailələri və əlillərin ailə üzvlərinin ehtiyaclarının təmin olunması üçün 920 min 72 manat 14 qəpik vəsait müəyyən edilib.
Trend-in məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, bu vaxta qədər 96 əməliyyat aparılıb: "Bu vəsaitin 883 min 278 manat 49 qəpik xərc fond tərəfindən qarşılanıb. 36 min 783 manat 65 qəpik isə aidiyyəti təşkilatlar tərəfindən ödənilib".