Bakı. Samir Əli - Trend:
"YAŞAT" Fonduna yığılan vəsaitdən 47 min 200 manatlıq tibbi avadanlıq alınıb.
Trend-in məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, bu avadanlıqlar əlillərin reabilitasiyası üçündür: "Bu avadanlıq vasitəsilə gün ərzində 35-40 əlil müayinə ediləcək.
Avadanlıq həkimlərin tövsiyəsi ilə alınıb. Bu avadanlıqlar yaralının gələcəkdə əlil qalmaması üçündür. Yəni əlil müayinə olunur, müalicə olunur"