...

Braziliyada koronavirusa yoluxanların sayı 8 milyonu ötdü

Gündəm Materials 9 Yanvar 2021 04:47 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 8 milyonu ötdü

Bakı. Trend:

Braziliyada koronavirusdan ölənlərin ümumi sayı 201 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində Braziliyada koronavirusa 52 035 yoluxma halı qeydə alınıb, 962 nəfər koronavirusdan ölüb.

Bildirilir ki, hazrıkı dövrədək koronavirusa yoluxanların ümumi sayı 8 013 708 nəfərə çatıb, onlardan 201 460 nəfər ölüb, 7 096 931 nəfər isə sağalıb.

Qeyd edilir ki, 664 244 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti