Bakı. Trend:
Rusiyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova "Russia 1" telekanalına müsahibəsində deyib.
Bildirilir ki, ştamm İngiltərədən qayıdan rusiyalılar arasında aparılan test nəticəsində bir kişidə aşkarlanıb.