...

Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi

Gündəm Materials 16 Yanvar 2021 11:20 (UTC +04:00)
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi

Bakı. Samir Əli - Trend:

Dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstəricilərin bir hissəsi yoluxub sağalmış, digər hissəsi isə peyvənd olunmuş şəxslərdə formalaşır:

“Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil".

Xəbər lenti

Xəbər lenti