...

Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib

Gündəm Materials 22 Yanvar 2021 16:23 (UTC +04:00)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib

Bakı. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib:

"Ümumilikdə, 5138 obyektə baxış keçirilib. Onlardan 1696-sı mənzil, 3164-ü ev, 79-u qeyri-yaşayış sahəsi, 130 sahibkarlıq subyekti, 42-si sosial, 27-si isə inzibati binadır. Həmin obyektlərdən 68 ev, 1 qeyri-yaşayış sahəsi, 4 sahibkarlıq subyekti və 1 sosial obyekt tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Erməni təcavüzü nəticəsində rayon ərazisində 161 iribuybuzlu, 393 xırdabuynuzlu, 52 ev quşu, 17 at və 24 arı ailəsi məhv olub. hadisələr nəticəsində 79 avtomobilə ziyan dəyib. Hazırda müraciətlər əsasında ziyan dəymiş obyektlərə baxış keçirilməkdə davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti