...

Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub

Gündəm Materials 25 Yanvar 2021 13:00 (UTC +04:00)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub

Bakı. Samir Əli - Trend:

2020-ci il ərzində doğumu qeydə alınan uşaqlardan 67 972-si oğlan, 59 616-sı isə qız olub.

Trend-in məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, onlardan 1691 əkiz, 46 üçəm, bir dördəm uşağın doğumu qeydə alınıb: "Eləcə də il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, Əli qız adlarından isə Zəhra, Məryəm, Mələk və Aylin adları üstünlük təşkil edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti