...

Badamdarda torpaq sürüşməsi baş verən əraziyə FHN cəlb edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 28 Yanvar 2021 22:37 (UTC +04:00)
Badamdarda torpaq sürüşməsi baş verən əraziyə FHN cəlb edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

Əlavə məlumat veriləcək.

XXX

22:11

Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.

Trend xəbər verir ki, hadisə nəticəsində yol tamamilə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti