...

Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanıldı

Gündəm Materials 1 Fevral 2021 12:20 (UTC +04:00)
Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanıldı

Baskı. Samir Əli - Trend:

Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir, marşurut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir.

Sumqayıt şəhər İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib.

Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yeniliyin tətbiqinə başlanılıb. Sumqayıt şəhər İcra Hakimiyyəti və “Paşa Bank”-ın birgə layihəsi olaraq şəhər nəqliyyatında nağdsız ödəniş sisteminə keçilir.

İctimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunur. Artıq avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Artıq sərnişinlər kontakstsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə, eyni zamanda NFC funksiyası olan cihazlar, virtual kartlar, hətta xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər.

Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə bilər. Balansı isə eManat və MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür.

Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti