...

Venesuelaya qarşı sanksiyalar ölkədə humanitar böhrana səbəb olub

Gündəm Materials 13 Fevral 2021 03:37 (UTC +04:00)
Venesuelaya qarşı sanksiyalar ölkədə humanitar böhrana səbəb olub

Bakı. Trend:

Venesuelaya qarşı ABŞ və Avropa İttifaqının birtərəfli sanksiyaları bu ölkənin bütün əhalisinə təsir edib, iqtisadi və humanitar böhrana səbəb olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT-nin birtərəfli insan hüquqlarına riayət olunmasına məcburi tədbirlərin mənfi təsirinə dair suallar üzrə xüsusi məruzəçisi Elena Dovqan verdiyi açıqlamada bildirilib.

O, ABŞ və Avropa İttifaqı da daxil olmaqla Karakasa qarşı sanksiya tətbiq edənləri bu tədbirləri ləğv etməyə çağırıb. Xüsusi məruzəçi xatırladıb ki, yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə və ya cavab tədbirləri kimi tətbiq olunan sanksiyalar qanuni sayıla bilər. Həəmçinin qedy edilib ki, dövlətlərin öhdəliyini pozan və ya əsas insan hüquqlarına zidd olan məhdudiyyətlər qəbul edilməməlidir.

Venesuelaya iki həftəlik səfərinin sonunda E.Dovqan "sanksiyaların keçən fəlakətləri daha da artırdığını", "Venesuela əhalisi üçün kritik nəticələrə səbəb olan iqtisadi, humanitar və inkişaf böhranına" səbəb olduğunu, ən çox təsirə məruz qalanların isə uşaq, qadın və xroniki xəstəlik daşıyıcıları və ehtiyyac içində yaşayan təbəqənin olduqlarını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti