...

Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub

Gündəm Materials 25 Fevral 2021 11:57 (UTC +04:00)
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub

Bakı. Trend:

Moskvanın Nikulinski məhkəməsi Ermənistandan olan 7 miqranta 2 il həbs cəzası verib.

Trend-in TASS-a istinadən məlumatına görə, Moskvada Azərbaycan restoranına hücum edn Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt, Nareq Petrosyan və Razmiq Sahakyan Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Xatırladaq ki, ötən ilin iyul ayında Moskvada Bratislava küçəsində yerləşən Azərbaycan restoranına hücum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti