...

Daha 2 cəzaçəkmə müəssisəsində 50 məhbus azadlığa çıxdı

Gündəm Materials 19 Mart 2021 11:20 (UTC +04:00)
Daha 2 cəzaçəkmə müəssisəsində 50 məhbus azadlığa çıxdı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisində də icra olunub.

Trend-in məlumatına görə, 17 saylı müəssisədə sərəncam şamil edilən 13 nəfərdən 11-i azadlığa buraxılıb, 2 nəfərin isə cəzası azaldılıb. Azadlığa buraxılanlardan 3 nəfər xarici ölkə vətəndaşlarıdır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylicəzaçəkmə müəssisəsində isə sərəncam şamil edilən 39 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.

Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti