...

Azərbaycan “Baykar” şirkəti ilə uşaqlar üçün texnoloji təhsil proqramı üzrə əməkdaşlıq edəcək (FOTO)

Gündəm Materials 2 Aprel 2021 12:54 (UTC +04:00)
Azərbaycan “Baykar” şirkəti ilə uşaqlar üçün texnoloji təhsil proqramı üzrə əməkdaşlıq edəcək  (FOTO)

Bakı. Samir Əli - Trend:

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı “Baykar” şirkətinin və “Türkiyə Texnoloji Takımı”nın (T3) “Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində danışıqlar aparılıb. “Deneyap” proqramı uşaq və gənclər üçün 2 illik təlim və 1 il ərzində layihə hazırlanmasından ibarət texnoloji təhsil proqramıdır. Proqramın məqsədi texnologiyaların inkişafı üçün gənclərin tədqiqat və bacarıqlarının artırılmasıdır.

Müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyi ilə “Baykar” şirkəti, həmçinin “Türkiyə Texnoloji Takımı” (T3) arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Baykar” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. “Baykar” şirkətinin rəhbəri və "Türkiyə Texnoloji Takımı”nın (T3) həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasimində iştirak edib, eyni zamanda jüri üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti