Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)

Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Aprelin 22-də Özbəkistanın Ədliyyə Nazirliyi tərəfindən rəqəmsal innovasiyalara əsaslanan Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında təşkil olunmuş Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu öz işinə başlayıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Avropa, Asiya və Amerika qitələrindən bir çox dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin, habelə BMT, ATƏT, Dünya Bankı, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək təmsilçilərinin iştirakı ilə keçirilən mötəbər forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

"Dövlətin hüquq siyasətinin həyata keçirilməsi: mövcud problemlər və gələcək tendensiyalar" adlı ədliyyə nazirlərinin sessiyasında çıxış edən Azərbaycanın ədliyyə naziri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda İKT-nin inkişafını, rəqəmsal cəmiyyətin Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən olduğunu vurğulayıb.

Bildirilib ki, qanunun aliliyinin gücləndirilməsi və insan hüquqlarının qorunması dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir.

Eyni zamanda dövlət başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə xaricdə təqdir olunan islahatlar qeyd edilib, Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradıldığı bildirilib, artıq bir neçə ildir ki, kommersiya mübahisələri üzrə icraatın yalnız elektron qaydada aparıldığı vurğulanıb.

Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə"nin ədalət mühakiməsinə əlçatanlığı əhəmiyyətli dərəcədə genişlədirdiyi, şəffaflığı və operativliyi təmin etdiyi diqqətə çatdırılıb, artıq bütün məhkəmələrinin 2/3-də tətbiq edilən e-məhkəmənin ölkə üzrə genişləndirilməsi ilə bağlı görülən işlərə toxunulub.

Məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və s. imkan verən "Mobil məhkəmə" tətbiqindən bəhs olunub.

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq ölkəmizdə əfvetmə və vaxtından əvvəl şərti azad etmə institutlarının davamlı tətbiqindən danışan nazir cəza siyasətinin humanistləşdirilməsi üzrə atılan mühüm addımları, cinayət qanunvericiliyinə 500-ə yaxın dəyişikliklər edilməklə bir çox əməllərin dekriminallaşdırıldığını, azadlıqdan məhrum etməyə alternativ cəzaların daha effektiv icrasına nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmış Probasiya xidmətinin səmərəli fəaliyyətini, o cümlədən elektron qolbaqların geniş tətbiqini qeyd edib.

Forum iştirakçıları vətəndaşlara göstərilən çoxşaxəli elektron ədliyyə xidmətləri, o cümlədən notariat hərəkətlərinin məsafədən, asan və çevik aparılması üçün rəqəmsal innovasiyalarının tətbiqi, həmçinin nazirlik tərəfindən yaradılaraq son zamanlar genişləndirilmiş "Mobil notariat" proqram təminatı barədə məlumatlandırılıb.
Eyni zamanda Azərbaycan brendi olan və ədliyyənin də mühüm xidmətlər göstərdiyi "ASAN xidmət"in səmərəli fəaliyyəti və dövlət xidmətlərinin inkişafına töhfəsinə görə BMT-nin mükafatlarına layiq görüldüyü qeyd olunub, tədbirdə iştirak edən dövlətlərdən artıq ASAN modelindən bəhrələndiyi bildirilib.

Tədbirdə bu və digər innovasiyalar barədə məlumat böyük marağa səbəb olub və iştirakçıların sualları cavablandırıb.

Ədliyyə naziri çıxışında Ermənistanın ölkəmizə qarşı işğalçılığı, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı xarici həmkarlarına, o cümlədən forumda iştirak edən və digər bir çox dövlətlərə müraciətlər ünvanladığını xatırladaraq tədbir iştirakçılarını Ermənistanın müharibə və ondan sonrakı dövrdə beynəlxalq humanitar hüquq normalarına zidd davam edən cinayət əməlləri barədə məlumatlandırıb.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın Böyük Qələbə qazandığı Vətən müharibəsi zamanı təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla yaşayış məntəqələrimizi qadağan olunmuş kassetli və fosforlu bombalarla atəşə tutaraq uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri xüsusilə diqqətə çatdırılıb.

Bildirilib ki, kiçik Tərtər şəhərinə 16 min bomba atılıb. Azad edilmiş torpaqlara səfər edən xarici jurnalistlər ermənilər tərəfindən viran edilmiş Ağdam şəhərini isə Qafqazın "Xirosima"sı adlandırırlar.

F.Məmmədov Ermənistanın humanitar yardım adı altında mülki aviasiya vasitəsilə qanunsuz silah-sursat alaraq münaqişə zonasına göndərməsini, xarici muzdlu döyüşçüləri cəlb etməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İşğal dövründə həmin ərazilərin cinayət, o cümlədən qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu vurğulanaraq törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici, o cümlədən forumda təmsil olunan dövlətlərə nazirlik tərəfindən 50-dən artıq sorğu göndərildiyi və bununla əlaqədar zəruri istintaq hərəkətlərinin aparılmasının tələb olunduğu qeyd edilib.

Tədbirdə beynəlxalq ictimaiyyətin şahidi olduğu erməni vandalizminin nəticələri – azad edilmiş torpaqlarımızın büsbütün dağıdıldığı, maddi və mədəni sərvətlərimizin, dini abidələrimizin məhv və ya talan edildiyi bildirilib.

Müharibədən sonra Ermənistanın mina xəritələrini qərəzli olaraq verməməsinin dinc sakinlər və sülhməramlılar arasında xəsarətlərə və yeni qurbanlara səbəb olduğu, yaralanan və həlak olan ancaq mülki vətəndaşların sayının 100-ü ötdüyü təəssüflə qeyd edilib.

Bununla belə Azərbaycanın bölgədə yeni formatda əməkdaşlığa hazır olduğu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı müasir İKT-lər tətbiq edilməklə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasından istifadə edərək nəhəng quruculuq işlərinin aparıldığı qeyd olunub.

Aprelin 23-də öz işini davam etdirəcək forumda pandemiya şəraitində hüquq institutlarının fəaliyyəti, arbitraj, mediasiya və vəkilliyin inkişaf perspektivləri, dövlət orqanlarının şəffaflığı üçün rəqəmsal imkanlar, korrupsiyaya qarşı mübarizə və digər bir çox aktual mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
Kapital Bank bayram günləri xidmət göstərəcək
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Loading Bars
Xəbər lenti
Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
Bütün xəbərlər