...

Bakı sakinlərinə xəbərdarlıq - Geniş dezinfeksiya işləri olacaq

Gündəm Materials 23 Aprel 2021 11:50 (UTC +04:00)
Bakı sakinlərinə xəbərdarlıq - Geniş dezinfeksiya işləri olacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda geniş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə sabah, aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti