Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı

Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı

Bakı. Samir Əli - Trend:

Binəqədi rayon Məhkəməsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə vəsatət araşdırılıb və təmin edilib. Məhkəmənin qərarı ilə V. Səfərli və N. Məmmədovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı artıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı artıb
Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”
Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”
Loading Bars
Xəbər lenti
Sabah 37 dərəcəyədək isti olacaq
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı artıb
DİN məzun və valideynlərə müraciət edib
Bərdə və Tərtərdə narkotik plantasiyaları aşkarlanıb
Novxanıda 4 nəfərin ölümündə təqsirləndirilən sürücü həbs edildi
Goranboyda 8 kəndi birləşdirən yol yenidən qurulur (FOTO)
Estoniyanın sabiq xarici işlər naziri mina xəritələri müqabilində Azərbaycanın 15 ermənini azad etməsini alqışlayıb
Azərbaycan vətəndaşı peyvənd seçimi edə bilər - SN
Suda batan iki nəfərin meyiti tapılıb, ikisi axtarılır
Uels futbolçularının Bakı gəzintisi (VİDEO)
Ötən gün ölkədə 76 yanğın olub (VİDEO)
Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
Peyvəndlərin paylanmasında bərabərsizlik ciddi narahatlığa səbəb olur - Nazir müavini
Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”
Asfalt çökdü, avtomobil çuxura düşdü (VİDEO)
TAP konsorsiumu öz sahəsində ən yüksək standartlara uyğun işini davam etdirəcək
Sabahdan bu avtobus kart sisteminə keçir
Ağcabədidə əməliyyat keçirilib, heroin və silah götürülüb (FOTO)
Bacısını bıçaqlayan Bakı sakini tutulub
DİM xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib
Almaniya İkinci Qarabağ müharibəsində Azərbaycanla döyüşsəydi, çətin ki, qələbə şansı olardı - Almaniyalı ekspert
İtaliya mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır
Bu günədək tədarük məntəqələrinə 428 tondan artıq yaş barama təhvil verilib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında memorandum imzalanıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub (FOTO)
Qubada iki azyaşlını cərəyan vurub, biri ölüb
Yelo Bank tələbələr üçün yay təcrübə proqramını elan edir
Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb
Qarabağda döyüşən Livan vətəndaşı 20 il azadlıqdan məhrum edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Kolleclərə orta təhsil bazasında tələbə qəbulu başlayıb
Ağdamın mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin böyük qələbəsidir - İsrailli ekspert
44 yaşlı Yevlax sakini itkin düşüb
Paytaxtda gənc tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Növbəti buraxılış imtahanları keçiriləcək
AVRO-2020: Macarıstan-Portuqaliya matçını Cüneyt Çakır idarə edəcək
Bu gün məktəblərdə "Son zəng" çalınıb (FOTO)
"Son zəng" hansı qaydalarla keçirilir? - BŞTİ müdiri açıqladı
Xızı sakinindən narkotik götürülüb (FOTO)
İyunun 14-də xarici valyutaların manata qarşı məzənnələri
Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik - Türkiyənin nəqliyyat və infrastruktur naziri (ÖZƏL)
Ermənistanın Ağdamda 97 min minanın xəritələrini verməsi Ali Baş Komandanın iradəsinin nəticəsidir - Deputat
Cənubi Koreya avtomobil ixracatını artırır
Qazaxıstanda koronavirusa daha 967 nəfər yoluxub
Apple peyvənd olunan müştəriləri mağazalarına maskasız buraxacaq
İnkişaf etməkdə olan ölkələrə 2,3 milyard doza peyvənd tədarük ediləcək
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Dünyada COVİD-19 əleyhinə 2,35 milyarddan çox peyvənd istifadə edilib
Malidə partlayış nəticəsində 8 sülhməramlı yaralanıb
Baydenlə İsrailin yeni baş naziri arasında telefon danışığı baş tutub
Husilərin buraxdığı dron Səudiyyə Ərəbistanda məktəbə düşüb
Dünyada koronavirusa yoluxanların sayı 175 milyonu ötüb - ÜST
AVRO-2020: Niderland Ukraynaya qalib gəldi
Suriyada xəstəxananın artileriya atəşinə tutulması nəticəsində ölənlərin sayı 15-ə yüksəlib
Şabranda naməlum kişi meyiti tapılıb
Azərbaycan güləşçiləri “Poland Open” turnirini 5 medalla başa vurublar
Bakıda mənzildən 35 yaşlı kişi meyiti tapılıb
Cokoviç ikinci dəfə tennis üzrə Fransa çempionluğunu qazanıb
Naftali Bennet İsrailin yeni baş naziri oldu
Bakıda süni göldə yeniyetmə boğulub
Miki Levi İsrail Knessetinin yeni spikeri seçilib
AVRO-2020: Avstriya Şimali Makedoniyanı məğlub etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 182 nəfər COVID-19-dan sağalıb, 45 nəfər yoluxub
Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar (FOTO)
Avropa İttifaqı Azərbaycanın mina xəritələri müqabilində saxlanılan erməniləri geri qaytarmasını alqışlayır - Ali Nümayəndə
İngiltərə millisi “Avro-2020”yə minimal hesablı qələbə ilə başlayıb
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib (FOTO)
Xarici diplomatik kursların nümayəndələrinin Ağdama səfəri başa çatıb - Hikmət Hacıyev
Ağdam şəhəri Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək - Prezidentinin xüsusi nümayəndəsi
Xarici diplomatik nümayəndələr Ağdamda "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri ilə tanış olublar (FOTO)
Xarici diplomatlar Ağdamda Dağüstü parkın salınacağı ərazidə və Şahbulaq qalasında olublar (FOTO)
Laçın rayonunun Əhmədli kəndi (VİDEO)
Ağdamda Xocalıda soyqırımdan qaçanların ailə üzvlərini gördüm - Məşhur fotoqraf (VİDEO)
Ukrayna şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır - Səfir
Minalar insanların öz evlərinə qayıtması üçün ən böyük əngəldir – amerikalı ekspert
İranda ötən sutkada 187 nəfər koronavirusdan ölüb
Azərbaycanın əldə etdiyi qələbə hər birimizin qələbəsidir - Əşrəf Adəm (VİDEO)
Ağdamda müsbətə doğru çox dəyişiklik var - Hikmət Hacıyev
Xarici diplomatik korpusun nümayəndələri Ağdam Cümə məscidində ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar (FOTO)
Xarici diplomatlar ermənilər tərəfindən dağıdılmış "İmarət" kompleksinə baş çəkib (FOTO)
Ötən gün ölkədə 61 yanğın hadisəsi baş verib, 5 nəfər xilas edilib (VİDEO)
Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb (FOTO)
Çində qaz partlayışında ölənlərin sayı 12-yə çatıb
Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın minalanmış ərazilərin xəritələri müqabilində tutulan ermənilərin geri qayıtmasını alqışlayır
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayıl rayonunun Cəfərabad kəndi (VİDEO)
Türkiyədə 40 yaşdan yuxarı insanların peyvəndlənməsi başlayıb
Nigeriyalı döyüşçü İrael Adesanya UFC çempionu titulunu qoruyub
Çində qaz partlayışı baş verib, 11 nəfər ölüb
Azərbaycanda ilk dəfə olaraq əkin sahələri üçün aqrodron istehsal edildi
Göygöldə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Dünya Bankı Mərakeşə təbii fəlakətlərlə mübarizə üçün 100 milyon dollar kredit ayırır
Braziliyada ötən sutka 78 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Şri-Lanka sahillərində yanan gəminin sahibindən 40 milyon dollar təzminat tələb edir
Bezosla birgə kosmosa uçmaq üçün yer 28 milyon dollara satılıb
ABŞ-da ötən gün atışmalarda 4 nəfər mülki şəxs öldürülüb, 23 nəfər yaralanıb
Bütün xəbərlər