...

Sudanda qəbilələr arasında toqquşmalar baş verib, 36 nəfər həlak olub

Gündəm Materials 8 İyun 2021 01:36 (UTC +04:00)
Sudanda qəbilələr arasında toqquşmalar baş verib, 36 nəfər həlak olub

Bakı. Trend:

Sudanın Cənubi Darfur ştatında qəbilələr arasında toqquşmalar nəticəsində ən azı 36 nəfər ölüb, 32 nəfər yaralanıb.

Trend-in məlumatına görə, Cənubi Darfur qubernatoru Musa Mehdi deyib: "Cənubi Darfurun Mandava, Marmasa və Majanqari bölgələrində qəbilələr arasında yeni qarşıdrumalar başlayıb".

Bildirilir ki, 5-6 iyun tarixlərində falata və al-tayşa qəbilələri arasında genişmiqyaslı döyüşlər baş verib.

Xatirladaq ki, Sudanın Darfur ştatında 2003-cü ildən vətəndaş müharibəsi gedir. Cari ilin aprelində Qərbi Darfur ştatının mərkəzi olan Geneyndə baş verən qarşıdurma nəticəsində 137 nəfər öldürülüb, 221 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti