...

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Gündəm Materials 18 İyun 2021 16:41 (UTC +04:00)
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan ordusunun kapitanı 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti