...

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)

Gündəm Materials 23 İyun 2021 20:39 (UTC +04:00)
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib. Tapşırıqların icrası zamanı hərbi pilotlarımızın peşəkarlığı sayəsində şərti düşmənin yerüstü hədəfləri məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti