...

Qazaxın Ermənistanla sərhəd hissəsində yanğın olub (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 7 İyul 2021 13:34 (UTC +04:00)
Qazaxın Ermənistanla sərhəd hissəsində yanğın olub (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Qazaxın Ermənistanla sərhəd hissəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın səhər saatlarında söndürülüb.

Təqribən, 180 ha sahədə quru ot ve kol-kos yanıb.

Eyni zamanda iyulun 7-də Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Qazax rayonu, Fərəhli kəndində, sərhəd zolağı boyunca quru ot yanması barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı təxminən 5 ha sahədə quru ot və kol-kos yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti