...

"Wizz Air" Əbu-Dabi-Bakı marşrutu ilə uçuşları bərpa edir

Gündəm Materials 7 İyul 2021 18:56 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Macarıstanın "Wizz Air" büdcə aviaşirkəti Bakıya uçuşları bərpa edir.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, avqustun 14-dən etibarən Əbu-Dabi-Bakı marşrutu ilə həftədə iki dəfə uçuşlar həyata keçiriləcək. Reyslər çərşənbə axşamı və şənbə günləri baş tutacaq.

Uçuş Əbu-Dabidən 18:05-də çıxacaq, 21:15-də Bakıya çatacaq. Əks istiqamətdə 21:55-də Bakıdan çıxan təyyarə 00:55-də Əbu-Dabiyə çatacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti