...

Ermənilər tərəfindən Şuşa ətrafındakı Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Gündəm Materials 14 İyul 2021 10:06 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti