...

Yevlaxda karantin qaydalarını pozan restoranlar aşkar edilib

Gündəm Materials 21 İyul 2021 15:48 (UTC +04:00)
Yevlaxda karantin qaydalarını pozan restoranlar aşkar edilib

Bakı. Trend:

Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti