...

Qrız kəndinə robotlar gəldi (FOTO/VİDEO)

Gündəm Materials 5 Avqust 2021 12:10 (UTC +04:00)
Qrız kəndinə robotlar gəldi (FOTO/VİDEO)

Bakı. Trend:

Qərbi Kaspi Universitetinin Texnoparkının region məktəbliləri ilə görüşləri davam edir.

Texnoparkın əməkdaşları “WeStep” layihəsi çərçivəsində bu dəfə Qubanın Qrız kəndində olub, şagirdlər üçün robototexnika təlimləri təşkil edib, məktəblilərə robotlar hədiyyə ediblər.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin Texnoparkı paytaxt məktəbliləri üçün təlimlər keçməklə yanaşı, regionlara səfərlər edir və ən müasir texnologiyalara əlçatanlılığı nisbətən aşağı olan məktəblilər üçün təlimləri bölgələrdə təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti