Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2021-ci ilin 6 ayı ərzində 119.6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Agentlikdən Trend-ə verilən məlumata görə, bu yollardan 55.5 km-i yerli əhəmiyyətlidir, 64.1 km isə Bakı şəhər yollarının payına düşür.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də, uzunluğu 76.7 m olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Twitter: @ElchinMehdiyev