...

Taliblər xarici diplomatlara təhlükə yaratmayacaqlarına söz veriblər

Gündəm Materials 14 Avqust 2021 07:34 (UTC +04:00)
Taliblər xarici diplomatlara təhlükə yaratmayacaqlarına söz veriblər

Bakı. Trend:

Əfqanıstanlı taliblər diplomatik obyektlərə hücum etməyəcəklərinə söz veriblər.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Ned Prays bildirib.

"Taliban özü diplomatik missiyalara hücum etmək niyyətində olmadığını bildirib", - nümayəndə deyib.

Bununla birgə, N.Prays əlavə edib: "Taliban hərəkatının dediklərinin hamısına inanmayacağıq. Nə edəcəyinə baxacağıq. Bu səbəbdən indi bizim mülki personalımızın köçürülməsi üzrə tədbirlər görürük ki, onları hər hansı mümkün təhlükədən qoruyaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti