Bakı. Trend:
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.
Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.