...

Karantin ekspertizası üzrə fəaliyyət göstərən laboratoriyaların sayı 5-ə çatdırılıb

Gündəm Materials 1 Sentyabr 2021 11:11 (UTC +04:00)
Karantin ekspertizası üzrə fəaliyyət göstərən laboratoriyaların sayı 5-ə çatdırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasını nəzərdə tutan tədbirlər görülür.

AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” Qanunun yeni redaksiyada hazırlanması işləri aparılır. Həmçinin bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsi və istifadəsinə nəzarət mexanizmləri təkmilləşdirilir.

Bununla paralel olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazasının, infrastrukturunun müasir tələblərə uyğun təchiz olunması bitki sağlamlığının təminatını, həmçinin ixrac potensialını genişləndirib. Belə ki, AQTA yarananadək respublika ərazisində karantin ekspertizası üzrə yalnız 1 laboratoriya fəaliyyət göstərirdisə, hazırda bu laboratoriyaların sayı 5-ə çatdırılıb. Eyni zamanda respublikada ilk dəfə molekulyar üsullar tətbiq edilməklə bitki virusu və xəstəliklərinin diaqnostikası təşkil edilib. Ölkə üzrə təsərrüfat sahələrində virus və bakteriya xəstəlikləri üzrə mütəmadi monitorinqlər təşkil edilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti