...

Badamdardakı yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 4 Sentyabr 2021 14:26 (UTC +04:00)
Badamdardakı yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Badamdarda ağaclıq ərazidə yanğın söndürülüb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.

Onun sözlərinə görə, yanğına səbəb ərazidəki elektrik xətlərində olan qısa qapanma səbəb olub. Yanğın zamanı ərazidə olan kol kos yanıb.

XXX
Saat: 13.30

Badamdarda ağaclıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti