...

Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusunda videokonfrans keçirilib

Gündəm Materials 7 Sentyabr 2021 09:51 (UTC +04:00)
Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusunda videokonfrans keçirilib

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Fələstinin Baş naziri Mohammad Ştayyeh ilə Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusunda videokonfrans keçirilib.

Trend-in məlumatına görə, ərəb mediası tərəfindən büyük marağa səbəb olan Yaxın Şərqdə sülh və təhlükəsizlik videokonfransında 19-dan çox ölkədən 16 sabiq ölkə və hökumət başçıları, xarici işlər nazirləri və tanınmış ekspertlər, səfirlər qatılıb.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzija və Mərkəzin Baş katibi Rövşən Muradovun moderatorluğu ilə keçirilən videokonfransda İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq Baş katibi Amre Musa, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freiberga, Mavritaniyanın sabiq Prezidenti Ameenah Gurib-Fakim, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu, Rumıniyanın sabiq Baş naziri Petre Roman, Serbiyanın sabiq Prezidenti Boris Tadic, Amerika Xarici Əlaqələr İnstitunun Prezidenti Susan Elliott və Mərkəzin həmsədri İsmayıl Seragəldin çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti