...

İKT sahəsi üzrə peşə hazırlığına cəlb olunmaq istəyən işsiz və işaxtaran şəxslərin nəzərinə

Gündəm Materials 8 Sentyabr 2021 14:32 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi “Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirdiyi “Peşəkar” layihəsi çərçivəsində informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır.

Kurslar müasir əmək bazarının tələbləri nəzərə alınaraq:

kompüter üzrə operator-dizayner,

intellektual sistemlər,
İT mütəxəssis-proqram təminatçısı və inkişaf etdirəni,
kompüterli modelləşdirmə və dizayner,
paylanmış sistemlər və şəbəkələr,
kompüterlərin təmiri və xidməti üzrə texnik,
backend, frontend və mobile developer,
şəbəkə administratoru və devops mühəndisi
kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı,
data analitik (big data analitikləri),

istiqamətləri üzrə təşkil olunacaq.

Kurslarda peşəkar müəllim-pedaqoji heyət tərəfindən kompüter sistemləri, şəbəkələr, kiber təhlükəsizlik, süni intellekt, verilənlər bazası, ədədi analiz, proqramlaşdırma dilləri, proqram təminatı və sistemləri, proqram təminatı mühəndisliyi və hesablama nəzəriyyəsi ilə bağlı bilik və bacarıqlar tədris olunacaq. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək.

Kursları uğurla bitirən şəxslərə Agentlik tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Məşğulluq filialına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti