...

Azad edilən ərazilərdə yeni su anbarlarının tikilməsi ilə bağlı təkliflər var - Nazir müavini (ÖZƏL)

Gündəm Materials 8 Sentyabr 2021 16:22 (UTC +04:00)
Azad edilən ərazilərdə yeni su anbarlarının tikilməsi ilə bağlı təkliflər var - Nazir müavini (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

İşğaldan azad olunmuş ərazilərimizdə Bərgüşad və Həkəri çayları üzərində yeni su anbarlarının tikilməsi ilə bağlı təkliflər var.

Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, həmin ərazilərdə 13 çay və 9 su anbarı var: "Su anbarlarından bir neçəsinin istismarı, təmir və bərpa işlərinin aparılması ilə bağlı artıq layihələr işlənir və həyata keçirilir. Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay və Suqovuşan su anbarlarının istismarı ilə bağlı bir sıra təmir işləri və tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər həmin ərazilərin suvarılma suyuna tələbatının ödənilməsində, həm də işğaldan azad olunmuş ərazilərə gözlənilən böyük qayıdış müddətində salınacaq şəhərlərin əhalisinin içməli su təminatında böyük rol oynayacaq".

Xəbər lenti

Xəbər lenti