...

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 12 Sentyabr 2021 10:09 (UTC +04:00)
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Trend xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında yazıb.

R.Bayramlı yazıb: "Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Həyətinin sədri vəzifəsindən ayrılmağım üçün əraziə ilə müraciət etmişəm.

İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirem.

Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti