...

Vətən müharibəsinin tarixini təhrif edən məktəb direktoru danışdı

Gündəm Materials 28 Sentyabr 2021 18:37 (UTC +04:00)
Vətən müharibəsinin tarixini təhrif edən məktəb direktoru danışdı

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən Müharibəsi” kimi səsləndirməsinə aydınlıq gətirib.

Trend xəbər verir ki, direktor bildirib: "Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yaranıb. Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti