...

Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək

Gündəm Materials 30 Sentyabr 2021 10:40 (UTC +04:00)
Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Trend-in əldə etdiyi məlumata görə, Füzuli Beynəlxalq Hava Limanında keçiriləcək açılış mərasimində R.T.Ərdoğan da iştirak edəcək.

Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib. Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşu həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti