Bakı. Samir Əli - Trend:
Azərbaycanın prokurorluq orqanlarında "Elektron prokurorluq" sisteminin yaradılması ilə bağlı zəruri işlər görülür.
Trend-in məlumatına görə, bunu 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı cümə günü keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, proqramın tətbiqi ilə bağlı tədbirlər davam etdirilir: "Bununla bağlı işlərə başlanılıb. Yaxın vaxtlarda proses başa çatacaq və "Elektron prokurorluq" sistemi istifadəyə veriləcək".