...

Bu il Baş Prokurorluq 1 423 sorğunu cavablandırıb

Gündəm Materials 13 Oktyabr 2021 15:42 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

2021-ci ilin 9 ayı ərzində Baş Prokurorluq kütləvi informasiya vasitələrinin 1 423 sorğusunu cavablandırıb.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib.

O bildirib ki, hesabat dövründə prokurorluq 819 məlumat hazırlayaraq qurumun rəsmi saytında dərc edib: "Həmin məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb. Prokurorluq, həmçinin ayda 1 dəfə vətəndaşların sorğularını cavablandırmaq üçün "Sual-cavab" rublikası yaradıb.

Həm müharibə dövründə, həm də müharibədən sonra suallar cavablandırılıb. Burda narkotiklər, dəm qazından boğulma və sair mövzularla bağlı suallar cavablandırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti