...

Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)

Gündəm Materials 18 Oktyabr 2021 13:43 (UTC +04:00)
Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Qazma kəndində Sahib Məmmədova məxsus evin həyətyanı sahəsində təşkil edilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Sahib Məmmədov inzibati məsuliyyətə cəlb edilib və 400 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti