...

Bakıda daha bir məktəb distant təhsilə keçdi

Gündəm Materials 26 Oktyabr 2021 14:20 (UTC +04:00)
Bakıda daha bir məktəb distant təhsilə keçdi

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 73 nömrəli tam orta məktəb distant təhsilə keçib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Buna səbəb məktəbdə 3 şagird və 5 müəllimin COVID-19 infeksiyasına yoluxmasıdır:

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti