...

Güclü külək Bakı-Sumqayıt qatarlarını ləngidib, sürət endirilib - RƏSMİ

Gündəm Materials 11 Noyabr 2021 10:47 (UTC +04:00)
Güclü külək Bakı-Sumqayıt qatarlarını ləngidib, sürət endirilib - RƏSMİ

Bakı. Fərid Zöhrabov -Trend:

Paytaxtda əsən güclü külək qatarların fəaliyyətinə də təsir göstərib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Təhlükəsizliyin təmin olunması məqsədi ilə, qatarların hərəkətində sürət məhdudiyyəti tətbiq edilib. Bu səbəbdən ötən gün axşam və bu gün səhər saatlarında Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən elektrik qatarının hərəkətində qısamüddətli ləngimə qeydə alınıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti