...

"Zəfər" Yarmarkasında 64 min manatdan çox ianə yığılıb

Gündəm Materials 11 Noyabr 2021 15:21 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

"Zəfər" Yarmarkasında 64 min manatdan çox ianə yığılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanmış 64 558.58 AZN (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.

Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr - 9 noyabr tarixini əhatə edən Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.

Müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı gerçəkləşib. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilib.

Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti