Bakı. Samir Əli - Trend:
Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb.
Trend-in məlumatına görə, bu barədə müəssisə rəisi, ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov deyib.
O bildirib ki, həmin şəxslərə Amnistiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
"Ümumilikdə bu günə qədər 186 nəfər azad olunub. 3 il cəza alan 423 nəfərin cəzasından 6 ay azaldılacaq", - deyə müəssisə rəisi qeyd edib.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.