...

Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)

Gündəm Materials 4 Dekabr 2021 14:27 (UTC +04:00)
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fərzəlioba kəndində yerli sakinlərlə görüşüb. Qaz, işıq, suvarma, yol və telekommunikasiya qovşağının yerli rəhbərlərinin də iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilib.

Sakinlər kəndin qazla təchiz olunmasını, elektrik təsərrüfatının yenilənməsini, yollarının təmirini eləcədə internetlə bağlı çətinliklərini dilə gətiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hazırda bir neçə kənddə qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və telefon xəttinin çəkilişi istiqamətində iş aparıldığını diqqətə çatdırıb.

İcra başçısı qeyd edib ki, Fərzəlioba kəndində mövcud olan çətinliklərlə bağlı müvafiq qurumlara məlumat verilib və həmin problemlər mərhələli şəkildə həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti