...

Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb

Gündəm Materials 7 Dekabr 2021 10:56 (UTC +04:00)
Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb

Bakı. Samir Əli - Trend:

Jurnalistlə kobud rəftar edən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı Rövşən Cahangirova məzəmmət elan olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, DSX rəhbərliyi tərəfindən məsələ araşdırılıb və qurumun əməkdaşı R.Cahangirova məzəmmət elan edilib.

Xatırladaq ki, R.Cahangirov ötən həftə helikopter qəzasında həlak olan şəhidlərin dəfn mərasimində çəkiliş aparan KİV əməkdaşlarına qarşı kobud davranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti