...

Saleh Rüstəmli aclığı dayandırıb, səhhəti normaldır

Gündəm Materials 16 Dekabr 2021 14:43 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Həbsdə olan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb, hazırda onun səhhəti normaldır.

Bu barədə Trend-ə Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti